MÜSTƏQİL AUDİTORUN HESABATI “ARAN KREDİT İTTİFAQI” MMC-nin rəhbərliyinə Müsbət rəy
12-apr, 22:56 160 GündəmMən “ARAN KREDİT İTTİFAQI” MMC-nin (Bundan sonra-“Cəmiyyət”) 01 yanvar 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan, məcmu gəlirlər haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqında hesabatdan və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditinin aparmışam.
Hesab edirəm ki, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.
Müsbət rəy üçün əsaslar
Mən auditi Beynəlxalq audit standartlarıa (BAS) uyğun aparmışam. Bu standartlar üzrə mənim məsuliyyətlərim əlavə olaraq hesabatımın “Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Mən Azərbaycan Respublikasındakı maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyiləm və digər etik öhdəliklərimi bu tələblərə uyğun yerinə yetirmişəm. Hesab edirəm ki, əldə etdiyim audit sübutları rəyimi əsaslandırmaq üçün yetərli və münasibdir.
Maliyyə hesabatlarına görə rəhbərliyin və Cəmiyyətin idarə edilməsinə məsul şəxslərin məsuliyyəti
Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.
Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunda fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.
İdarəetməyə məsul şəxslər Cəmiyyətin maliyyə hesabatlarının təqdim etmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.
Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti
Mənim məqsədim maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimin də daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o, BAS-lara uyğun aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar edəcəyinə zəmanət vermir. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayırılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.
BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi mən audit aparılan zaman peşəkar mühakimə tətbiq edirik və peşəkar şəffaflıq nümayiş etdirirəm.
Sərbəst auditor
Yusifova Gülnarə İsfəndiyar qızı
Bakı, Azərbaycan Respublikası
03 aprel 2023-cü il
Lisenziya: SA/376, 05.08.2022