Məktəbdən səngərə gedən yol


8 iyun 2023-cü il tarixində Binəqədi rayonu 144,157 və 267 nömrəli məktəblərin birgə olaraq "Heydər Əliyev İli"nə həsr olunmuş Hərbi-idman bayramı E. Həmidov adına 267 nömrəli məktəb-liseyin bazasında keçirildi.
 2022/2023-cü tədris ilində Çağırışaqədərki hazırlığın başa çatması ilə əlaqədar olaraq 144 nömrəli tam orta məktəbin Hərbi rəhbəri e.o.kapitan Zülfüqar Qarayevin,157 nömrəli tam orta məktəbin Hərbi rəhbəri e.o.polkovnik-leytenant Muraz Sadıqovun və 267 nömrəli məktəb-liseyin Hərbi rəhbəri e.o.baş-leytenant Elbrus Rzayevin hesabat xarakterli nümunəvi dərsində məktəb direktorları İlahə Həmidova , Fatma İbrahimova , Rəna Ağazadə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Binəqədi rayon İdarəsinin baş zabiti mayor Elşad Fərəcov və zabiti leytenant Toğrul Həsənov , Müdafiə Nazirliyinin nümunəvi Hərbi Orkestri eyni zamanda qeyd olunan məktəblərin müəllim və şagird heyəti iştirak etdilər. 
  Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə  başladıqdan sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. 267 nömrəli məktəb-liseyin direktoru Rəna xanım tədbir iştirakçılarını və qonaqları salamladıqdan sonra 157 nömrəli məktəbin Hərbi rəhbəri Vətən müharibəsi veteranı və qazisi Muraz Sadıqov Çağırışaqədərki hazırlığın məqsədi və məzmun xətləri eləcə də, Hərbi-idman bayramının şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsində mahiyyəti barədə məlumat verdikdən sonra şagirdlər tərəfindən il ərzində tədris olunmuş mövzulardan nümunələr təqdim olunduqdan sonra  Hərbi bilik yarışı keçirildi. Hərbi bilik yarışında 1-ci yeri 157 nömrəli məktəbin komandası , 2-ci yeri 267 nömrəli məktəb-liseyin komandası və 3-cü yeri 144 nömrəli məktəbin komandası tutdular. Qonaqlar və məktəb direktorları çıxış etdikdən sonra qaliblər və fərqlənən şagirdlər diplom və fəxri fərmanlarla təltif olundular.
  Hərbi-idman bayramı idman meydançasında futbol yarışı ilə başa çatdı. Futbol yarışında 1-ci yeri 267 nömrəli məktəb-liseyin komandası , 2-ci yeri 144 nömrəli məktəbin komandası və 3-cü yeri 157 nömrəli məktəbin komandası tutdular.
  Hərbi-idman bayramının yüksək səviyyədə təşkil olunaraq keçirilməsinə görə E.Həmidov adına 267 nömrəli məktəb-liseyin direktoru Rəna xanım Ağazadəyə , Təşkilatçı müavin Sevda Vəliyevaya , Hərbi rəhbər e.o. baş-leytenant Elbrus Rzayevə , e.o. polkovnik -leytenant Muraz Sadıqova, e.o . kapitan Zülfüqar Qarayevaə öz təşəkkürümü bildirirəm. Bünövrəsi Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu gün müzəffər Ali Baş Komandan tərəfindən uğurla idarə olunan, bizi onilliklərin həsrətinə qovuşduran  hərbi qüvvələrimizə ehtiram və sayqı ilə!
Adil Həmid. Şair- publisist.
AJB -in üzvü.