Mikayıl Cabbarov Qurban bayramı münasibəti ilə paylaşım etdi

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edib. 
Oxu.Az xəbər verir ki, nazir təbriki rəsmi “Twitter” səhifəsində paylaşıb.
Paylaşımda bildirilir:
“Qurban bayramı münasibətilə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq. Xeyirxahlıq və bərabərlik rəmzi olan bu müqəddəs gündə möhkəm cansağlığı, firavanlıq və xoş ovqat diləyirik”.