Hikmət Hacıyev: “Azərbaycan və Rusiya birgə səylərlə ən mürəkkəb regional məsələləri həll edə biləcəklər”
16-sen, 11:56 97 Gündəm / Siyasət“Rusiya və Azərbaycan arasında 2022-ci il fevralın 22-də imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırır və onların inkişafına nəzərəçarpacaq təkan verir. Hətta indiki çətin geosiyasi şəraitdə də ölkələrimiz arasında münasibətlər etibarlılıq imtahanından çıxır”.
Oxu.Az-ın məlumatına görə, bunu TASS-a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı və Moskva arasında münasibətlərin hazırkı səviyyəsini qiymətləndirərkən bildirib.
O əmin olduğunu bildirib ki, Azərbaycan və Rusiya birgə səylərlə ən mürəkkəb regional məsələləri, o cümlədən regional oyunçuların regional məsələlərin həllini nəzərdə tutan “3+3” formatında həll edə biləcəklər.
“Biz həm siyasi, həm də iqtisadi sahədə sıx qarşılıqlı əlaqədəyik. Bu ilin birinci yarısının məlumatları ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını, qarşılıqlı turizm göstəricilərinin yüksəldiyini, mədəni-humanitar sahədə sıx əməkdaşlığın davam etdiyini göstərir. Sentyabrın 15-də Azərbaycanda yeni tədris mövsümü başladı və ölkəmizdə hər il olduğu kimi, məktəbli və tələbələrin rus dilində tədrisinə böyük tələbat var. Üstəlik, ildən-ilə rus dilini öyrənməyə maraq yalnız artır. Qeyd etməyə bilmərəm ki, dövlətimiz də öz növbəsində bu tələbatın ödənilməsi üçün bütün lazımi şəraiti yaradır”, - deyə Hikmət Hacıyev sözlərini yekunlaşdırıb.