İsrail tələb irəli sürüb: Əhali Qəzza zolağının cənubuna köçməlidir
13-okt, 09:51 99 Gündəm / Dünyaİsrailin Birləşmiş Millətlər Təşkilatına(BMT) müraciətində qeyd olunur ki, 1,1 milyon fələstinli 24 saat ərzində Qəzza zolağının cənubuna köçməlidir.
Bu barədə təşkilatının baş katibinin nümayəndəsi Stefan Düjarrik məlumat verib.
Lakin BMT-nin cavabında qeyd olunub ki, mülki əhalinin belə bir yerdəyişməsi dağıdıcı humanitar nəticələr olmadan baş verə bilməz.
BMT İsraili bu tələbi ləğv etməyə çağırır.
Mənbə: “RİA Novosti” “Telegram” kanalı