Nazir rəisi işdən çıxardı - Yeni təyinat


                Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin (NRFTDA) rəisi Nicat Əliyev vəzifəsindən azad edilib. 
     Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

     Əmrə əsasən, Əliyev Nicat Novruz oğlu bu vəzifəsindən azad edilib və yerinə Murad Paşayev təyin olunub. 
 
 

     Nicat Əliyev
     Qeyd edək ki, Nicat Əliyev 2022-ci ilin noyabr ayında sözügedən vəzifəyə təyin edilib. Nicat Əliyev həmçinin Fövqəladə Hallar Nazirliyinin ləğv edilən Dövlət Material Ehtiyatları Agentliyinin rəisi vəzifəsində çalışıb. 

     Əhməd