Avropa çempionatı: Hidayət Heydərov titulunu qorumağa çalışacaq
04-noy, 11:08 157 İdman
“Report”un məlumatına görə, Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) və Zelim Tçkayev (81 kq) tatamiyə çıxacaq.
Ötən il qitə çempionu olan Heydərov titulunu qorumağa çalışacaq. O, 1/16 finalda Abdul Malik Umayevlə (Belçika), Məmmədəliyev 1/32 finalda Turpal Coukayevlə (Finlandiya) üz-üzə gələcək.
Tçkayev isə 1/32 finalda Oskari Makinenin (Finlandiya) müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, Avropa çempionatı noyabrın 5-də başa çatacaq. Yarışda 11 idmançı ilə təmsil olunan Azərbaycanın 5 cüdoçusu ötən gün medal qazana bilməyib.
Təhsil - Səhiyyə
daha çoxprev
next