“Sumqayıt” rəsmisi: “Stadionla bağlı qeydlər oldu, onları həll etməyə çalışırıq”
16-noy, 14:02 71 İdman
Bunu “Report”a açıqlamasında “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev deyib.
Klub rəsmisi idman obyektində media nümayəndələri üçün xüsusi sektor hazırlanacağını vurğulayıb:
“Çəkiliş meydançası ilə əlaqədar problem var idi, bunlar tikintidə nəzərə alınmamışdı. Buna görə müəyyən düzəliş olacaq. Bəzi xırda detallar da vaxt tələb edir. Bütün bunları həll etməyə çalışırıq. Hazır olandan sonra isə orada ilk oyunu keçirmək haqqında düşünəcəyik”.
Qeyd edək ki, PFL Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün növbəti 5 turunun oyun cədvəlini açıqlayıb. Proqrama əsasən, “gənclik şəhəri” təmsilçisinin ev qarşılaşmaları ilin sonuna qədər “Kapital Bank Arena”da keçiriləcək.