Azərbaycan millisi Türkiyə ilə üz-üzə

Azərbaycanın qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.
“Qafqazinfo” xəbər verir ki, Siyasət Əsgərovun komandası B Liqasının 1-ci qrupunda Türkiyə ilə qarşılaşacaq. Görüş “Ərzincan 13 Şubat” şəhər stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21.00-da başlayacaq. Matçı fransalı referi Aleksandra Kollin idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi bunadək səfərdə Macarıstanla heç-heçə (1:1) edib, evdə İsveçrəyə 0:4 hesabı ilə məğlub olub. Komanda 1 xalla qrupda sonuncu - 4-cü pillədə qərarlaşır.
21:00. Türkiyə - Azərbaycan
Baş hakim: Aleksandra Kollin
“Ərzincan 13 Şubat”