“Qarabağ” bu gün iki oyuna çıxacaq
16-iyl, 11:57 56 İdmanAvstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün iki yoxlama görüşü keçirəcək.
“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi əvvəlcə Xorvatiya “Slaven”i ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Günün ikinci matçında isə Azərbaycan çempionu saat 19:00-da Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şabab” klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Qarabağ” Avstriyada keçirdiyi ilk iki matçda Almaniyanın “Kayzerslautern” klubuna 1:3 hesabı ilə uduzub, Çexiyanın “Viktoriya” (Plzen) komandasını isə 2:1 hesabı ilə məğlub edib.