CNN: “Bakı qədimlik və müasirliyin heyrətamiz vəhdətidir”
28-apr, 08:14 132 Siyasət“Azərbaycanın paytaxtı Bakı qədimlik və müasirliyin, yeniliyin və köhnəliyin heyrətamiz vəhdətidir”.
Bu barədə CNN-də dərc olunan “Azərbaycanda il: yaz qran-prisindən qış xizək macəralarına” adlı məqalədə deyilir.
Məqalə müəllifi ilin müəyyən vaxtlarında Azərbaycanda hansı yerləri gəzməyin daha yaxşı olduğu barədə məlumat verib:
“Bakının hələ də mədəni mərkəzi olan İçərişəhərin daş döşənmiş küçələrində gəzin, rəssamların emalatxanalarını, kafeləri və muzeyləri ziyarət edin. Tarixi 12-ci əsrə uzanan Qız Qalası, Şirvanşahlar Sarayı, qədim məscid və hamamlara baş çəkin. Müasir memarlıq abidələrinə isə məşhur “Alov qüllələri” və Heydər Əliyev Mərkəzi daxildir”.
Qeyd edilib ki “Odlar yurdu” kimi tanınan Azərbaycan ümumdünya irsinə aid abidələrin və müasir şah əsərlərin qonşuluqda yerləşdiyi, müxtəlif mədəniyyətlərin görüşdüyü ölkədir.
Müəllif “Formula-1” üzrə qran-pri ərəfəsində Azərbaycanda yaz mövsümünün xüsusilə gözəl olduğunu vurğulayıb.
Məqalədə qeyd olunub ki, yay mövsümündə Abşeron yarımadasında Bakıdan bir qədər aralıda turistlərin istirahət edə biləcəyi çoxlu sayda kurort var.