30 ilin qabağında 3 il nədir ki?
06-noy, 19:00 101 SiyasətKubra Məhərrəmova yazır...
Açığı iki gündür öz-özümə deyirəm ki, görəsən nə əcəb belə sakitçilikdir?
Çünki hər dəfə üzümüzü güldürən bir hadisə baş verərsə, onun qarşısına əks məzmunlu nəsə atan qüvvələr var. Elə bu dəfə də istisna olmadı.
Artıq heç kimə sirr deyil ki, 8 noyabr Zəfər Günü üçün keçiriləcək hərbi parad Xankəndi şəhərində baş tutacaq.
O Xankəndi şəhərində ki, 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq Meydanında keçirilən Zəfər Paradı zamanı bəzi qüvvələr əlində bayraq etmişdi. Qeyd edim ki, həmin tarixi paradda 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitləri də iştirak etmişdir.
Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Ali Baş Komandanı ilə birlikdə hərbi paradı qəbul elədi. Möhtəşəm paradda Azərbaycanın hərbi gücü həm yerdə, həm də göydə təsvir olundu.
Amma yenə də müəyyən maraqlı qüvvələr ortaya bir tezis atdı ki, “Hanı bəs Xankəndi?”.
Düz 3 ildən sonra Xankəndi də evinə qayıtdı. 19-20 sentyabr Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində bir sutkanın tamamı olmamış qarşıda qoyulan tapşırıq yerinə yetirildi. Daha sonra Ali Baş Komandan bir günün içində Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda, Ağdərədə Azərbaycanın bayrağını qaldırdı. Yəni ki, 2020-ci ildən bu yana yumulmayan ağızlar qıfıllandı. Susdu.
Amma məlum idi ki, “Xankəndi noldu?” deyənlərin də balası da, onlar da yemək yeməlidir. Və bunun üçün ortaya yeni “mövzu” atılmalıdır.
Bəs mövzu haradan tapılsın? Ərazi bütövlüyü bərpa olunub, Azərbaycanın hər bir nöqtəsində Azərbaycanın dövlət qurumları fəaliyyət göstərir, qerb-bayraq da hər yerə vurulub.
Və bəli. 30 il evinin, həyətinin, ocağının həsrətini çəkən, torpağı üçün canından keçən insanların hissləri üzərində “şou” yaratmaq.
Vətən həsrəti, ata ocağı hissi ilə illərdir yaşayan adamları çox gözəl başa düşürük. Hamılıqla. Başa düşürük ki, bu insanların əksəriyyəti 30 il olmazın zülmünü çəkib, ac-susuz qalıb, çadır şəhərciklərində şaxtada donub, istidən ürəyi parçalanıb. Yaxınlarını itirib. Şəhid verib. Hər şeyini itirib.
Bəli, bu gün onların öz doğma el-obasına qayıtmaları ən vacib və ümdə vəzifədir.
Və onların hər biri də öz yurduna qayıdacaq. Mütləq və şübhəsiz.
Bəs narazılıq nədədir?
Narazılıq odur ki, bəzi vətəndaşlar öz ata yurdlarına qayıdıb görürlər ki, onlara məxsus olan evlər, ərazilər üstündə binalar tikilib, ya da tikilmək üzrədir. Öz evlərini ya tapa bilmirlər, ya da tapanda məyus olurlar. Bunu görmək xoşdurmu? Xeyr.
Amma bir məsələni nəzərə alaq ki, 30 il ərzində ermənilər həmin ərazilərdə min əməldən çıxıblar. Evləri dağıdıblar, daşını, damını daşıyıb aparıblar. Bunu sübut edən xeyli sayda videolar var.
Təbii ki, dövlət bu torpaqları işğaldan ona görə azad edib ki, ilk növbədə ərazi bütövlüyünü bərpa etsin, ikincisi də daha heç kim məcburi köçkün və qaçqın olmasın. Heç kim zirzəmidə, yataqxanada, orada-burada yaşamasın.
Dövlət bu gün həmin ərazilərdə evlər, binalar ona görə inşa edir ki, köç edən adamların şəraiti yaxşı olsun. 30 il ərzində yaşadıqları zülüm və istirab bitsin. Bu 30 ildə nə qədər adam deyirdi ki, “Təki torpaqlar qayıtsın, ayaqlayın gedərik, elə çöldə çadır qurub yaşayarıq orada. Təki öz yurdumuza qayıdaq”. Şükür bu gün Azərbaycan tarixində ilk dəfə olaraq “Böyük köç” yaşanır.
Ağıllı kənd, şəhər salınır. Dövlət mütləq hər kəsin torpaq payını da, ev payını da verəcək.
Şükür bu günümüzə ki, torpaqdan çox torpaq var. Daha yarımçıq deyilik, yetim deyilik.
Dağıdılmış evlər də tikiləcək, dədə-baba torpaqlar da hər kəsə çatacaq, yenə o eldə-obada toy-bayramlar olacaq.
Sadəcə bu böyük gündə hər birimiz çönüb bir arxaya baxaq, heç nə yox, cəmi beş il əvvələ. Qarabağa tərəf heç boylana bilmirdik. Lələtəpə bizim üçün baxa biləcəyimiz yeganə yer idi.
İki günə isə Xankəndidə hərbi parad olacaq.
Daha nə olsun ki, bundan böyük!
Hə, o olsun ki, ən böyük əsgər, ən böyük zabit bizimkidir! O əsgər ki, Ali Baş Komandanın əmrinə sadiq qalıb döyüş tapşırığını yerinə yetirdi, bayrağı sancıb məruzə etdi.
Ən çətinin onlar etdi! Yerdə qalanları da əl-ələ verib edəcəyik.