İrəvanda polislə mitinq iştirakçıları arasında toqquşma - VİDEO

İrəvanda polislə mitinq iştirakçıları arasında toqquşma - VİDEO


İrəvanda müxalifətin keçirdiyi aksiya qarşıdurma ilə nəticələnib. Etiraz aksiyasının iştirakçıları  Nazirlər Kabinetinin binasına yaxınlaşmaq istəsə də, polis onlara imkan verməyib və bu zaman toqquşma yaranıb.

 “Sputnikarmenia” xəbər verir ki, polis aksiya iştirakçılarını hökumət binasına yaxınlaşmasına imkan verməyərək onları geri itələyib.

 Aksiya iştirakçıları da polisə müqavimət göstərərək hökumət binasına yaxınlaşmağa cəhd edir və bununla paralel onlar “Nikol satqındır!” şüarları səsləndiriblər.
Daha sonra etirazçılar Respublika meydanında nəqliyyatın hərəkətini dayandırmaq istəyiblər, lakin təhlükəsizlik qüvvələri onları həmin ərazidən sıxışdırıb çıxarıblar.

Aksiyada bir neçə müxalifət deputat da iştirak edib. 

Onlar hakimiyyəti öz milli maraqlarını təslim etməkdə günahlandırıb.

Aksiyada “Hayastan” blokunun deputatları Qeqam Manukyan, Anna Qriqoryan və Tadevos Avetisyan olub.

<embed width="640" height="360" src="https://player.olke.az?v=3490&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>