Gəncədə qəza oldu - Xəsarət alanlar var
06-yan, 10:02 12 Cəmiyyət
Gəncə şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, “VAZ 2107” markalı avtomobilin qəzaya uğraması nəticəsində iki nəfər - Vahid Zeynalov və onun həmyaşıdı Xəyal Atayev müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Onlara ilkin yardım göstərilib, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev





