Naxçıvana uçuşlar yenidən bərpa edildi
19-may, 11:24 4 Cəmiyyət
“Azərbaycan Hava Yolları” (AZAL) əlverişsiz hava şəraiti səbəbindən müvəqqəti həyata keçirilməyən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşların icrasını yenidən bərpa edib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı AZAL məlumat yayıb.
Bildirilib ki, hazırda qeyd olunan istiqamətdə reyslər planlaşdırılmış qrafikə uyğun yerinə yetirilir.
Eyni zamanda, AZAL bölgədə müşahidə olunan qeyri-sabit hava şəraitini daim nəzarətdə saxlayır və uçuşların təhlükəsiz icrasını təmin etmək məqsədilə zəruri əməliyyat qərarlarını qəbul edir.




