Abşeronda fəhlələr arasında DAVA: Bıçaqlanan var
19-may, 08:51 259 Cəmiyyət
Daş karxanasında fəhlə bıçaqlanıb.APA xəbər verir ki, hadisə Güzdək qəsəbəsində baş verib.
Belə ki, daş karxanasında fəhlə işləyən 1990-cı il təvəllüdlü Dadaşov Misir İşi oğlu həmin karxanada fəhlə işləyən digər şəxslə əlbəyaxa dava edib. Dava zamanı o bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.





