Bakıda toyda gənc oğlan bıçaqlanıb
08-may, 08:36 233 Cəmiyyət
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində yaşanıb.
“Həyat Yolu” şadlıq sarayında keçirilən toyda dava düşüb.
Hadisədə 1998-ci il təvəllüdlü Mirbala Vüqar oğlu Qasımov bıçaqlanıb.
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.





