Nurlan İsmayılbəyli: “İşdən azadolunma dərhal həmin müəssisələrdə vakansiya yaratmır”
31-avq, 13:00 89 Cəmiyyət“Sertifikatlaşdırma imtahanından hər iki cəhddə uğurlu nəticə əldə etməyən müəllimlərin işdən azad edilməsi məktəblərdə vakansiya yaranması demək deyil”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.
O bildirib ki, bəzən elə düşünülür ki, müəllim işdən azad edildisə, həmin təhsil müəssisəsinə müəllim tələbatı yaranır:
“Xeyr, bu, belə deyil. Əksinə bizim xüsusilə ibtidai sinif müəllimləri ilə bağlı kifayət qədər kadrlarımız var. İşdən azadolunma dərhal həmin müəssisələrdə vakansiya yaratmır. Biz müəllimlərin sıxlığı ilə qarşılaşırıq. Müəllimlərin dərs saatları arasında, əməkhaqlarında fərqlər var. İşdən azad olunan müəllimlərin iş saatı digər dərs saatı az olan müəllimlərə veriləcək. Bu formada həm müəllimlərin əməkhaqlarında, həm də dərs saatlarında müvafiq qaydada bərabərlik yaradılmasına gətirib çıxaracaq”.