Nikahdan əvvəl aparılan tibbi müayinələrin sayı artırılacaq

Nikahdan əvvəl ixtioz və bullyoz epidermoliz xəstəliyinin də tibbi müayinəsi aparılacaq.
APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin “2023-2027-ci illər üzrə ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncamında əksini tapıb.
Sərəncamda qeyd olunub ki, ixtioz və bullyoz epidermoliz xəstəliyinin irsi olaraq keçdiyi nəzərə alınmaqla, risk qrupuna daxil olan şəxslərin nikahdan əvvəl tibbi müayinələri aparılmalıdır. Bu məqsədlə qanunvericilikdə dəyişiklik edilməsinə dair təkliflər hazırlanacaq, tibbi müayinələri həyata keçirən tibb müəssisələri müəyyən ediləcək və digər müayinələrlə yanaşı qeyd edilən xəstəliyin müayinəsinin aparılmasına ciddi nəzarət olunacaq.