Bakıda avtomobilin vurduğu azyaşlı ağır xəsarət alıb
03-noy, 10:18 374 Cəmiyyət
Bakının Nizami rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.“Report”un məlumatına görə, avtomobil yolu keçən 2018-ci il təvəllüdlü Nazpəri Pərvin qızı Seyidovanı vurub.
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qamış sümüyünün sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.





