Bakının Nizami rayonunda sərnişinin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, sərnişin avtobusu digər bir avtomobilə toqquşub. Hadisə zamanı avtobusun sərnişini, 1968-ci il təvəllüdlü Şəfa Seyran qızı Alxasova xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.