“YAŞAT” Fondunun üç ilə xərclədiyi vəsaitin həcmi açıqlanıb

“YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov bildirib ki, ötən üç il ərzində fonda 234 637 müraciət daxil olub.
“Report” xəbər verir ki, o bunu fondun üç illik hesabatına həsr edilmiş mətbuat konfransında deyib.
“Çağrı üçün 189 205, qəbul üçün 4 510, sosial mediadan isə 40 922 müraciət olub”.
Onun sözlərinə görə, bu dövr ərzində “YAŞAT” Fondunun xərci 79 484 043 manat təşkil edib.
Məişət şəraitinin yaxşılaşdırılması üçün 42 153 250, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı üçün 2 424 635, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması üçün 711 408, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üçün 27 394 750 manat xərclənib.