Qala qəsəbəsində avtomobil piyadanı vurub
12-yan, 10:24 196 Cəmiyyət
Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.“Report”un məlumatına görə, Qala qəsəbəsində avtomobil yolu keçən 1992-ci il təvəllüdlü Röyal Paşa oğlu Mirzəyevi vurub.
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır





