Mingəçevirdə avtomobillər toqquşdu: Xəsarət alan var
12-apr, 11:28 197 Cəmiyyət
Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.“Unikal”ın məlumatına görə, hadisə Müslüm Maqomayev prospektində baş verib.
“Opel” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində 2006-cı il təvəllüdlü Rüfət Rəhimov xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.





