Hərbçimiz bədbəxt hadisə nəticəsində şəhid oldu

herbcimiz-bedbext-hadise-neticesinde-sehid-oldu

Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Əhmədov Sənan Nürəddin oğlu iyunun 5-də paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.
Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!