İtkin düşərək həlak olan Firdovsi ilə vida mərasimi keçirilir - Yenilənir

Laçın rayonunda 2022-ci ilin mart ayında itkin düşərək həlak olan hərbçi Firdovsi Abdullayevin meyitinin qalıqları ötən gecə Gəncə şəhərində ailəsinə təhvil verilib.
“Qafqazinfo” xəbər verir ki, hazırda həlak olan hərbçi ilə vida mərasimi keçirilir.
F.Abdullayev Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, F.Abdullayev və əsgər 2003-cü il təvəllüdlü Fərid Əjdər oğlu Məmmədov 2022-ci il martın 3-də Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüb. Onların meyitlərinin qalıqları 2024-cü il iyulun 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində tapılıb. Hər iki hərbçinin donaraq vəfat etdiyi məlum olub.
Yunis Quliyev