Samuxda avtomobillər toqquşdu - Ölən var

Samuxda ölümlə nəticələnən qəza olub.
“Qafqazinfo” xəbər verir ki, iki avtomobilin toqquşması ilə baş verən hadisədə 1945-ci il təvəllüdlü Gilə Məmmədova aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı Samux rayon polis şöbəsində araşdırma aparılır.