Biləsuvarda ata uşağına maşınla xəsarət yetirib

Biləsuvar rayonunda ata avtomobili ilə övladına xəsarət yetirib.
“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində 2018-ci il təvəllüdlü A.Nuriyev (ad, soyad şərtidir) ağır xəsarətlər alıb.
Azyaşlı ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.