Göygöldə yol qəzası - Xəsarət alanlar var

Göygöl rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
”Qafqazinfo”nun məlumatına görə, Aşıqlı kəndində iki avtomobil toqquşub.
Hadisə nəticəsində 1995-ci il təvəllüdlü P.Mirzəyev, 1997-ci il təvəllüdlü E.İsrafilov və daha bir neçə şəxs xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.