Gəncə Dövlət Filarmoniyasında Məhəmməd Füzulinin 530 illiyi qeyd edildi

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin ana dan olmasının 530 illiyinə həsr olunmuş “Füzuli musiqidə” adlı konsert proqramı baş tutub.
“Qafqazinfo” xəbər verir ki, konsertdə Xalq artisti Sevinc İbrahimova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artistlər Kəmalə Tağızadə, Tural Abdullayev, solist Vasif Bayramov “Könlümü dərdə salan”, “Qəlbi pərişan eləmə”, “Vəslin mənə”, “Dil giriftar olub”, “Əfsanəsi budur”, “Ey Dilruba”, “Ağlaram”, “Xəndandır bu” qəzəllərinə bəstələnmiş əsərləri ifa ediblər.