7 ölkənin vətəndaşlarının ABŞ-yə girişi qadağan edildi
17-dek, 08:10 1 Dünya
ABŞ yeddi ölkənin - Burkina Faso, Mali, Niger, Cənubi Sudan, Suriya, Laos və Syerra-Leone vətəndaşlarına tam səyahət qadağası tətbiq edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilir ki, əvvəllər Laos və Syerra-Leoneyə qismən məhdudiyyətlər qoyulmuşdusa, indi bu ölkələrin vətəndaşlarının ABŞ-yə girişi tamamilə qadağan ediləcək.
Qeyd edək ki, noyabrın sonunda Amerika Prezidenti Donald Tramp üçüncü dünya ölkələrindən ABŞ-yə miqrasiya axınını dayandırmaq niyyətində olduğunu açıqlayıb.





