NASA-nın rəhbəri o seçildi
18-dek, 08:07 8 Dünya
ABŞ Prezidenti Donald Trampın təklif etdiyi milyarder Cared Ayzekmanın NASA-da rəhbər vəzifəyə namizədliyi yenidən nəzərdən keçirildikdən sonra ABŞ Senatında təsdiqlənib.
“Qafqazinfo” xəbər verir ki, səsvermənin yayımını Amerika parlamentinin yuxarı palatasında baş verənləri işıqlandıran C-SPAN kanalı həyata keçirib.
67 senator onun təyin olunmasının lehinə, 30-u isə əleyhinə səs verib. Beləliklə, tələb olunan səs çoxluğu ilə namizədlik təsdiq edilib. Caredin NASA-nın yeni rəhbəri kimi andiçmə mərasiminin yaxın günlərdə baş tutacağı gözlənilir.





