KİV: Şahzadə Harri və həyat yoldaşı Britaniyaya qayıdırlar

KİV: Şahzadə Harri və həyat yoldaşı Britaniyaya qayıdırlar
Şahzadə Harri və həyat yoldaşı Meqan Markl ABŞ-dən Böyük Britaniyaya qayıda bilərlər.
 Oxu.Az xəbər verir ki, bu barədə "Daily Beast" nəşri məlumat yayıb.
 Kral ailəsi üzrə ekspert Tom Sayksın sözlərinə görə, cütlüyün təhlükəsizliyinə yenidən zəmanət verilərsə, səfər reallaşa bilər.
 Məlumata görə, səfər iyul ayında planlaşdırılır. Səfərin məqsədi şahzadə Harri tərəfindən təsis edilən və veteran hərbçilər üçün təşkil olunan "Invictus Games" oyunlarının hazırlanmasında iştirak etməkdir.
 Qayıdış təhlükəsizlik danışıqlarının bir hissəsi olaraq müzakirə olunur. Hələlik bu məlumat rəsmi olaraq təsdiqlənməyib.
 Qeyd edək ki, şahzadə Harri Kral III Çarlzın ən kiçik oğludur. O, 2020-ci ildə həyat yoldaşı ilə birgə kral ailəsinin yüksək vəzifələrindən istefa verərək ABŞ-yə köçüb.
 Daha sonra onlar müsahibələrində və xatirələrində kral ailəsini tənqid ediblər. Şayiələrə görə, Kral Çarlz və şahzadə Uilyam bundan sonra Harri ilə əlaqəni tamamilə kəsiblər.