Zambiyada timsah on yaşlı şagirdi parçaladı

Zambiyada timsah on yaşlı şagirdi parçaladı
Zambiyada on yaşlı şagird timsah hücumunun qurbanı olub.
 Oxu.Az xəbər verir ki, bu barədə ZNBC məlumat yayıb.
 Məlumata görə, xoşagəlməz hadisə Kariba gölünün sahilində baş verib.
 Qeyd olunur ki, yırtıcı dördüncü sinif şagirdinə üzərkən hücum edib. Timsah uşağı suya tərəf sürüyüb və parçalayıb.
 Yerli sakinlər dərhal xilasetmə işlərinə başlayıblar. On yaşlı oğlanın cəsədi üç saat sonra sahildən təxminən 200 metr aralıda tapılıb.