Əfqanıstandan Tacikistana keçən silahlılar zərərsizləşdiriliblər
18-yan, 14:36 18 Dünya
Əfqanıstanla sərhədi keçərək qanunsuz yolla Tacikistana daxil olan dörd silahlı zərərsizləşdirilib.
Oxu.Az "Xovar" agentliyinə istinadən xəbər verir ki, bu barədə Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Qoşunlarının mətbuat mərkəzi məlumat yayıb.
Məlumata əsasən, terror təşkilatının dörd silahlı üzvü yanvarın 18-nə keçən gecə Əfqanıstanın Bədəxşan əyaləti tərəfdən Tacikistanın Xatlon vilayəti ərazisinə qeyri-qanuni yolla daxil olublar.
Bildirilir ki, terrorçular sərhədçilərin təslim olmaq əmrinə tabe olmayaraq silahlı müqavimət göstəriblər. "Döyüş əməliyyatları zamanı terrorçuların dördü də məhv edilib", - deyə bəyanatda vurğulanır.





