Fransa yeni prezidentini bu tarixlərdə seçəcək

fransa-yeni-prezidentini-bu-tarixlerde-sececek
Fransada növbəti prezident seçkiləri 2027-ci il 18 aprel və 2 may tarixlərinə (birinci və ikinci turlar - red.) planlaşdırılıb. 
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Le Figaro” nəşri mənbələrə istinadən məlumat yayıb. 
Bildirilib ki, seçkilərin tarixləri ilə bağlı rəsmi qərar Nazirlər Şurasının iyulun 1-də keçiriləcək iclasında qəbul edilməlidir.
Seçkilər hazırkı dövlət başçısı Emmanuel Makronun sonuncu, ikinci prezidentlik müddətinin mayın 14-də başa çatmasından 12 gün əvvəl yekunlaşacaq.
Nəşrin məlumatına görə, hökumət seçkilərin keçirilmə tarixləri üçün iki variant nəzərdən keçirib. Belə ki, səsverməni aprelin 11-i və 25-inə təyin etmək və ya tarixləri bir həftə irəli çəkmək təklif olunub. Nəticədə ikinci varianta üstünlük verilib.