Səudiyyə Ərəbistanına 48 ədəd F-35 satacaqlar

seudiyye-erebistanina-48-eded-f-35-satacaqlar
ABŞ administrasiyası Səudiyyə Ərəbistanına ümumi dəyəri 24,3 milyard dollar olan 48 ədəd F-35 qırıcı təyyarəsinin və digər hərbi avadanlıqların satışını təsdiqləyib.
“Qafqazinfo” xəbər verir ki, ABŞ Dövlət Departamenti silah satışı ilə bağlı Konqresə rəsmi bildiriş göndərib.
Qeyd edilib ki, Səudiyyə Ərəbistanı 48 F-35 qırıcısı ilə yanaşı, 49 ədəd “Pratt & Whitney F135-PW-100” mühərriki və əlaqəli avadanlıqlar əldə edəcək.
Məlumatda F-35-lərin satışının Yaxın Şərqdə hərbi güc balansını dəyişdirməyəcəyi bildirilib.
Müqavilənin əsas podratçıları “Lockheed Martin” və “Pratt & Whitney” olacaq.
ABŞ Silah İxracına Nəzarət Qanununa əsasən, Konqresin NATO üzvü olmayan ölkələrə silah satışına etiraz etmək üçün 30 gün, NATO üzvü ölkələrə satışlar üzrə isə 15 gün müddəti var.