NYT: “Nyu-Yorkun keçmiş meri İsrailin tibbi xidmətinə 44 milyon dollar bağışlayacaq”
01-noy, 09:03 106 DünyaNyu-York şəhərinin keçmiş meri Maykl Blumberq İsrailin “Magen David adom” (“Davudun qırmızı qalxanı”) təcili yardım xidmətinə təxminən 44 milyon dollar bağışlayacaq. Daha 44 milyon dollar isə Blumberqin dəstəklədiyi “Davudun qırmızı qalxanı”nın “Amerika Dostları” təçkilatından gələcək.
Bu barədə The New York Times (NYT) onun bəyanatına istinadən xəbər verir.
“Amerika həmişə İsrailin dostu olub və mən bir çoxumuzun bu çətin anlarda müttəfiqimizi dəstəkləməyə hazırıq olduğundan ruhlanıram”, - deyə nəşr Blumberqdən sitat gətirir.
İş adamının qeyd edib ki, dünyaya ABŞ və İsrailin birlikdə Fələstinin radikal HƏMAS hərəkatını tənqid etdiyini və israillilərin sağlamlığını və təhlükəsizliyini qorumağa hazır olduğunu göstərmək vacibdir.
Qəzet qeyd edir ki, 44 milyon dollar da həmçinin ABŞ-də “Davudun qırmızı qalxanı”na dəstək cəmiyyətinin üzvləri tərəfindən toplanıb və bu, Amerika təşkilatının tarixində ən böyük ianədir.
Bildirilir ki, pul yığılmağa başlayandan cəmi 11 gün sonra ABŞ cəmiyyətinin təxminən 34 min üzvü yardım istəyinə cavab verib.
Blumberq “X” sosial şəbəkəsindəki hesabında (keçmiş “Twitter”) yazıb ki, bir çox insan İsrail təşkilatını dəstəkləmək qərarına gəlib. Əldə olunan vəsait təcili yardım maşınları, tibbi ləvazimatlar, işçilər üçün qoruyucu vasitələrin alınmasına və digər ehtiyacların ödənilməsinə imkan verəcək. Beləliklə, ümumilikdə İsrail təcili yardım xidməti Blumberq və onun əlaqəli təşkilatından 88 milyon dollar alacaq.
NYT həmçinin açıqlayır ki, Nyu-Yorkun keçmiş rəhbəri bir neçə onilliklər ərzində İsrailin tibbi xidmətini dəstəkləyib. Yerusəlimdəki təcili yardım və qanköçürmə məntəqələrindən biri hətta iş adamının atası Uilyam Blumberqin, Hadassa klinikasının ana və uşaq mərkəzi isə onun anası Şarlotta Blumberqin adını daşıyır.
Məmbə: Oxu.az