İngiltərə ilə Fransa arasında gərginlik davam edir: sanksiyalar tətbiq oluna bilər
05-noy, 12:39 194 DünyaFransa İngiltərə ilə danışıqlar nəticəsində balıqçılıq böhranının həlli tapılmadığı təqdirdə, cavab tədbirləri həyata keçirəcək.
KİV xəbər verir ki, bunu Fransanın Avropa Birliyindən məsul naziri Klement Buun deyib. O, İngiltərəyə göstərdikləri təzyiqlərdən sonra Fransız balıqçıların yarısına lisenziya verildiyini bildirib.
Buun İngiltərənin balıqçı qayıqlarından keçmişdəki mfəaliyyətlərinə dair sübut istədiyini, lakin qayıqlarda lazimi texniki qurğular olmadığı üçün bunun mümkün olmadığını söyləyib.
Fransalı nazir İngiltərənin nəzdindəki Cersi adasının elektrikə görə Fransadan asılı olduğunu xatırladıb. O əlavə edib ki, yerdə qalan 200 balıqçıya da lisenziya verilməzsə, elektrik enerjisinin qiymətinin artırılması nəzərdə tutulan tədbirlər sırasındadır.
Qeyd edək ki, Paris administrasiyası İngiltərədən Fransaya idxal edilən bütün məhsulların yoxlanılması, dəniz məhsullarının idxalının qadağan edilməsi və İngiltərə gəmilərinin bir neçəsi istisna olmaqla bu ölkənin bütün gəmilərinin limanlara gəlməsini qadağan edəcəyini açıqlamışdı. Fransa Prezidenti Emmanuel Makron Fransız balıqçıların İngiltərə sahillərində ov etməsini qadağan etdiyinə görə bu ölkəyə qarşı cavab tədbirlərini təxirə saldığını açıqlamışdı.