Almaniya vətəndaşlarına bununla bağlı çağırış etdi
03-okt, 08:04 19 DünyaAlmaniya Xarici İşlər Nazirliyi vətəndaşlarını regionda artan gərginlik səbəbilə təcili olaraq İran ərazisini tərk etməyə çağırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniya XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.
Məlumata görə, təşəbbüs İsrailin İrana mümkün hücumu ilə bağlıdır.
Rəsmi Berlin regionda münaqişə riskinin artmasını və qeyri-sabitliyi qeyd edərək vətəndaşlarını İrana ehtiyac duyulmadığı halda səfər etməməyi məsləhət görüb.
Almaniyanın İrandakı səfirliyi vurğulayıb ki, İsrailin mümkün cavab hücumu səbəbindən diplomatik missiyanın məktəbi və binası oktyabrın 3-də bağlı olacaq.