“Bu, Bəşər Əsədin şəxsi qərarı idi”
11-dek, 09:25 130 Dünya
“Suriyanın keçmiş prezidenti Bəşər Əsəd vəzifəsini tərk etmək qərarını özü şəxsən qəbul edib”.“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Peskova Rusiyanın Əsədin istefasında iştirak edib-etmədiyi sualı ünvanlanıb: “Dövlət başçısı vəzifələrinin icrasından uzaqlaşmaq Əsədin şəxsi qərarı idi”, - deyə Peskov cavab verib.
Xatırladaq ki, bundan əvvəl də Bəşər Əsədin Moskvaya qaçdığı və Rusiyadan sığınacaq aldığı bildirilib.





