Bu gün ölkəmizdə Vətəndaşların elektron müraciətlərinə baxılması ilə əlaqədar qanunvericiliyin tələblərinə ciddi əməl olunur
22-noy, 11:42 161 Gündəm / CəmiyyətVətəndaşların Ədliyyə orqanlarına əlçatanlığının təmin olunması, əhalinin ədliyyə fəaliyyəti barədə mütəmadi məlumatlandırılması məqsədilə həm vətəndaş cəmiyyəti nümayəndələrinin, həm də kütləvi informasiya vasitələrinin, eləcə də Ədliyyə Nazirliyinin rəsmi saytlarının və sosial şəbəkələrdə səhifələrinin imkanlarından geniş istifadə olunması işi, Ədliyyə Nazirliyinə aid olan əməliyyatların elektron sistem vasitəsilə əhaliyə ötürülməsi prosesi ölkəmizdə bu gün geniş şəkildə təbliğ olunur. Hazırda ölkəmizdə ədliyyə sahəsində elektron xidmətlərin tətbiqinə xüsusi diqqət göstərilir.
Beynəlxalq təcrübəyə əsaslanaraq respublikamızda artıq təməli qoyulmuş elektron müraciət insanların problemini yerindəcə həll etməyə, dövlət qurumlarında göstərilən xidmətlərin şəffaflaşdırılmasına xidmət edir. Son illər qeydiyyat şöbələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə əlaqədar həyata keçirilən tədbirlər bu sahədə göstərilən elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsində uğurlu nəticələrə səbəb olmuşdur. Bu uğurların sabitliyini və dinamik inkişafını təmin etmək üçün zəruri tədbirlərin davamlı olacağına əminik.
Son illər ölkədə baş verən mütərəqqi sosial-iqtisadi dəyişikliklər, əhalinin rifahının günbəgün yüksəlməsi demoqrafik inkişafa, nikah və doğumun sayının artmasına da müsbət təsir göstərmişdir. Bu gün nikaha daxil olmaq üçün ərizəni və doğumun qeydiyyatı ilə bağlı zəruri sənədləri qeydiyyat orqanına elektron qaydada göndərmək, həmçinin bu xidmətlər vasitəsilə nikah gününü müəyyən etmək artıq reallığa çevrilmişdir. Bu sahədə təbliğat işləri də sürətlə inkişaf etdirilir.
Nikah ailəni yaradan əsas təməl vasitədir. Bu ailə təməlin möhkəm qoyulması üçün ən vacib amildir. Nikaha daxil olduqdan sonra bu əsasın qorunması üçün insan fiziki və mənəvi cəhətdən evliliyə hazır olmalıdır. Nikaha daxil olmaq istəyən şəxs tam öz qərarlarını vermək qabiliyyətində olmalıdır. Əgər bu belə deyilsə, müəyyən problemlər yaranacaq ki, bu evliliyə, ailəyə, şəxsə psixoloji cəhətdən təsir edəcək. Hər gün respublikamızda neçə-neçə gənc nikah bağlayır, neçə ailənin təməl daşı qoyulur. Hər dəfə nikahı qeyd edən təşkilatın nümayəndəsi- vətəndaş aktlarının dövlət qeydiyyatı orqanının məsul işçisi gənc ər-arvadı belə xoş sözlərlə təbrik edir, onlara ailə xoşbəxtliyi arzulayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı tədbirlər haqqında” 2018-ci il 14 mart tarixli Fərmanı ilə dövlət xidmətlərinin həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi prioritet kimi müəyyənləşdirilib. Fərmana əsasən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış "Elektron Hökumətin İnkişafı Mərkəzi" publik hüquqi şəxsi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq “Elektron Hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirir.
Sevindirivci haldır ki, bu gün ölkəmizdə Vətəndaşların elektron müraciətlərinə baxılması ilə əlaqədar qanunvericiliyin tələblərinə ciddi əməl olunur. Onların haqlı tələblərinin yerinə yetirilməsinə diqqət gücləndirilir. O cümlədən şəhid ailələrinin, qazilərin və xüsusi qayğıya ehtyacı olan digər şəxslərin müraciətlərinə də xüsusi həssaslıqla yanaşılır. Qeyd olunan məsələlərin həlli barədə onlara lazımi izahat və düzgün istiqamət verilir.
Ədliyyə Nazirliyinin internet saytında (www.justice.gov.az) elektron xidmət bölməsi qurulmuş, ədliyyə orqanlarının iş rejimi, dislokasiyası, əlaqə vasitələri, göstərilən hüquqi xidmətlərin aparılması qaydası, tələb olunan sənədlər və rüsumların məbləği, eləcə də məhkəmə qərarlarının icrası barədə vətəndaşların ətraflı məlumat əldə etmələrinə, elektron qaydada qəbula yazılmalarına imkan yaradılmışdır.
Sevindirici, qürurverici haldır ki, bu gün ölkəmizdə Vətəndaşların elektron müraciətlərinə baxılması ilə əlaqədar qanunvericiliyin tələblərinə ciddi əməl olunur. Bu da nigahın, doğumun artmasının təbliğində çox böyük rol oynayır. Vətəndaşların elektron müraciətlə bağlı haqlı tələblərinin yerinə yetirilməsinə diqqət, təbliğat gücləndirilir. Ölkəmizdə elektron müraciətin vaxta qənaət, əlverişli, sürətli, keyfiyyətli, fasiləsiz, şəffaf, rahat, etibarlı olması kimi əsas üstünlükləri var. Hal-hazırda Azərbaycanda əhali tərəfindən geniş vüsət alan elektron müraciətlər uğurla davam etdirilir. Məqsədimiz xalqımıza xidmət edərək hər bir vətəndaşımızın bu sahədə işini asanlaşdırmaqdan ibarətdir.
2020-ci il noyabrın 8-də müharibənin gedişində həlledici gün oldu. Tariximizə şanlı bir gün kimi yazılan həmin gün müzəffər ordumuzun streteji həmiyyətə malik, Qarabağın tacı olan Şuşanın azad edilməsindən sonra düşmən ağ bayraq qaldıraraq təslim oldu. Beləliklə, əvvəllər təqvimdə adi günlərdən biri olan 8 noyabr ordumuzun erməni işğalçıları üzərində əldə etdikləri möhtşəm qələbədən sonra Azərbaycan xalqı üçün əlamətdar tarixlərdən birinə çevrildi, Zəfər günü kimi tariximizə qızıl hərflərlə yazıldı. Vətən müharibəsi və onun qələbə ilə başa çatması müasir Azərbaycan dövlətinin həyatının ən parlaq anları kimi, tariximizin bundan sonrakı dönəmlərində daim xüsusi qürur və iftixar hissi ilə xatırlanacaq. Çünki bu, millətin ümid, inam, qürur anları idi. Bu, ölkəmizin yeni tarixinin başlanğıcı, yeni inkişaf üfüqlərinin açılması məqamıdır. Vətən müharibəsi və Azərbaycanın şanlı Zəfəri əslində xeyirin şər üstündə qələbəsi oldu Nəzərə alsaq ki, şər qüvvələri təkcə işğalçı Ermənistan deyil, həm də onun havadarları təmsil edirdilər, onda Azərbaycanın qələbəsinin tarixi əhəmiyyəti və mənası daha aydın təsəvvür edilə bilər. Prezident İlham Əliyevin xalqa müraciətlərində, ayrı-ayrı ölkələrin nüfuzlu media orqanlarına müsahibələrində xeyirin şərə qarşı mübarizəsi və onun qələbə ilə nəticələnməsi özünün geniş ifadəsini tapmışdır. Vətən müharibəsində şər üzərində qələbə Azərbaycan xalqının ədalətli mübarizəsinin beynəlxalq əhəmiyyətindən xəbər verir.
Azərbaycan xalqı ölkəmizə möhtəşəm zəfər sevincini bəxş etdiyinə, erməni işğalına son qoyduğuna, Qarabağı azad etdiyinə görə dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevə dərin hörmət və ehtiramını ifadə edir. Şuşanın azad edilməsi şərəfinə, Zəfər günündə Bakının, digər şəhərlərimizin küçələrini dolduran izdiham, sevinc və bəxtiyarlıq hissləri bu hörmət və ehtiramın aydın ifadəsi idi. Bir ölkənin Prezidenti, bir xalqın lideri olmaq böyük şərəfdir. Lakin xalqın sevimlisi olmaq, onun hörmət və ehtiramını qazanmaq daha böyük şərəf, daha böyük bəxtəvərlikdir. İlham Əliyev, özünün qeyd etdiyi kimi, xoşbəxt insandır. Xoşbəxtdir ki, həm Prezident, həm siyasi varis, həm də oğul kimi öz üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirdi. Azərbaycanın yeni, şanlı tarixinin müəllifi, xalqımızın bitib tükənmək bilməyən sevinc, qürur və bəxtiyarlığının ilham mənbəyi oldu. Bu elə bir zirvədir ki, ondan yüksəyini təsəvvür etmək mümkün deyil.
Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün-noyabrın 22-si Ədliyyə işçilərinin peşə bayramı kimi təsdiq olunub. Bu bayramı Ədliyyə işçiləri hər il böyük ruh yükskliyi ilə qeyd edirlər.
Bu il Azərbaycanda ədliyyə orqanlarının yaranmasının 104 ili tamam olur. Bir əsrdən artıq çətin, məsuliyyətli və şərəfli yol keçmiş Azərbaycan ədliyyəsinin əməkdaşları builki peşə bayramlarını da böyük sevinc, coşqu və qürur hissi ilə qeyd edirlər. Çünki ədliyyə işçilərinin peşə bayramı hər bir Azərbaycan vətəndaşı üçün çox mühüm və əlamətdar hadisənin-az qala 30 ildən bəri erməni tapdağı altında qalan torpaqlarımızın azad olunmasının, yağı düşmən üzərində qazandığımız qələbənin-tarixi zəfərin xoş təsirindən ayılmadığımız ikinci ildönümünün təntənə ilə qeyd olunduğu dövrə tsadüf edir.
Bu gün ölkəmizdə ədliyyə sisteminin təkmilləşməsi və müasirləşməsi üzrə atılan məqsədyönlü addımlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatların, nəhəng quruculuq işlərinin, sürətli sosial-iqtisadi inkişafın real təzahürüdür.
Cənab Prezident İlham Əliyevlə zəfər doğruMüzəffər ordumuzun Vətən müharibəsində möhtəşəm qələbəsinə ölkəmizin ədliyyə işçiləri də öz töhfələrini vermişlər. Müharibənin ilk günlərindən Ədliyyə Nazirliyinin bir sıra əməkdaşları, məhkəmə aparatı işçiləri və onların ailə üzvləri, habelə ədliyyə könüllüləri yüksək vətənpərvərlik hissi ilə cəbəhə yollanaraq döyüşlərdə iştirak ediblər.
Bu günlər biz ədliyyə işçiləri üçün ikiqat bayramdır. Noyabrda Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü, Konstitusiya Günü və Milli Dirşəliş günü ilə yanaşı 22 noyabr Ədliyyə işçilərinin peşə bayramını da böyük sevinclə qeyd edirik. II Qarabağ müharibəsinin qalibi kimi, həm də peşə bayramımızı daha böyük fərəh, sevinc və iftixarla keçiririk. 8 noyabr tariximizə Zəfər günü kimi daxil oldu. Bizə qürur və fəxarət yaşadan bir qələbə! Ədliyyə işçisi kimi bu hissləri, bu sevinci bizə yaşadan Uca Allaha, Ali Baş Komandanımıza və millətimizə sonsuz minnətdarıq.
Biz ədliyyə işçiləri olaraq öz işimizi Azərbaycanın dinamik inkişafı ilə uyğunlaşdıraraq dövlətimizin və xalqımızın hər zaman keşiyindəyik. Hər birimiz tezliklə yenidən qurulacaq Qarabağda da vətəndaşlara xidmət göstərəcəyimiz günü böyük səbirsizliklə gözləyirik. Bir vaxtlar, bu sadəcə bir arzu arzu idisə, artıq müzəffər Ordumuzun sayəsində reallığa çevrilib. Qarabağda, Şuşada bu gün doğma Azərbaycanımızın üçrəngli bayrağı dalğalanır. Cənab Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Qarabağ Azərbaycandır! Fürsətdən istifadə edərək tarixi zəfər və xalqımızın ümummilli lideri, dahi öndər Heydər Əliyevin bizə bəxş etdiyi peşə bayramımız münaibətilə bütün xalqımızı, ədliyyə işçilərini, dəyərli həmkarlarımı ürəkdən təbrik edir, onlara mühüm, gərəkli və şərəfli işlərində yeni-yeni uğurlar, qanunun aliliyinin, insan haqlarının təmin olunması işində müvəffəqiyyətlər, uğurlar arzulayıram.
Böyük inamla bildirmək istəyirəm ki, hər birimiz bundan sonra da ulu öndərin müəyyən etdiyi və uğurla həyata keçirilən dövlətçilik amallarına sadiq qalacaq, ölkəmizin hərtərəfli tərəqqisində və demokratik-hüquqi dövlət quruculuğu işində Prezidentimizə layiq davamçı olacayıq.
Beyləqan rayon 1 saylı dövlət notariat ofisinin xüsusi notariusu
Elsevər Qasımov
"Ədalət və Qanun" qəzetinin şöbə müdiri