Tanınmış iş adamı evinin önünə yığışıb, ondan pul tələb edənlərlə bağlı nazirə şikayət etdi – VİDEO
25-noy, 13:33 174 Gündəm / CəmiyyətBəzi saytlarda və sosial şəbəkələrdə bir qrup Qarabağ qazisinin tanınmış iş adamı Müqayis Verdiyevin evinin qarşısına yığışaraq, güya ondan borclu olduğu pulları tələb etmələrinə dair videokadrlar yayılıb. Azinforum.az mövzuya aydınlıq gətirmək üçün, Müqayis Verdiyevin özü ilə əlaqə saxlayıb.
O, saytımıza açıqlamasında bildirib ki, hadisədən bu gün xəbər tutub: “Mən həmin yerdə yaşamıram, amma ev həqiqətən mənə məxsusdur. Videoda görsənən adamlardan heç birini tanımıram. Bir onu düz deyirlər ki, tenderlərdə iştirak edirəm, amma mənim kiməsə bir qəpikdə olsun borcum yoxdur. Biz hüquqi dövlətdə yaşayırıq, bəyəm, hansısa borc məsələsi ilə bağlı mübahisə adamın evinin önündə qanunsuz piket keçirməklə həll edilir? Bunun üçün hüquq-mühafizə orqanları, məhkəmələr var. Niyə həmin instansiyalara müraciət etmək əvəzinə , belə şou düzəldirlər? Bəli, bunun adı şoudur. Çünki özləri ilə çəkiliş gətirib, bunu ictimailəşdirmək, evimin önündə icazəsiz aksiya keçirmək kobud qanun pozuntusudur. Qarabağ qazisi olmaq o demək deyil ki, nə istəsələr edə bilərlər. Bu ölkədə qanun şahdır. Mən hörmətli daxili işlər naziri Vilayət Eyvazova müraciət edirəm və ondan xahiş edirəm ki, mənə və ailə üzvlərimə qarşı olan bu qanunsuzluqla bağlı tədbir görülməsinə göstəriş versin. Hazırda mənim ailəmin təhlükəsizliyi videoda görsənən adamların təhdidi altındadır. Bir daha xatırladıram ki, nəinki həmin adamlara, ümumiyyətlə heç kimə mənim bir qara qəpik də olsun borcum yoxdur”.
Çinarə SEYİDOVA,
Azinforum.az