Zabrat qəsəbəsi yeni axundunu öz ruhuna uyğun səmimiyyətlə qəbul etdi

Ömrünün 25 ilini dinimizə, dövlətçiliyimizə sədaqətlə xidmət etmiş Hacı Nəriman İbayev Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının sərəncamı ilə yeni xidməti dini vəzifəsinin icrasına başlamışdır. Xatırladaq ki, Hacı Nəriman İbayev 25 il Tovuz rayonunun axundu vəzifəsində çalışmışdır. Dinimizin və mənəviyyatımızın banisi Hz. Muhəmməd (s.a.s) deyir: “İnsan əvvəl özünü tanımalıdı, sonra dinini, təriqətini tanımalıdı”. Hacı Nəriman İbayev bu ali təfəkkürlü insanlardandır ki, heç bir maneədən, çətinlikdən qorxmayaraq özünün ləyaqətinin, şərəfinin, vicdanının çağırışı ilə olduqca həssas nöqtə olan dinimizin, mənəviyyatımızın keşiyində durur. Bu çətin və şərəfli missiyanın öhdəsindən dəyanətlə gəlir. Ali dini təhsili və mənəvi keyfiyyət göstəriciləri ilə seçilən bir din xadimi olaraq Azərbaycanın dövlətçiliyinin mənəvi irsinin keşiyində sədaqətlə duran Hacı Nəriman İbayevə yeni dini vəzifə fəaliyyətində uğurlar, müvəffəqiyyətlər arzulayırıq. Ümid edirik ki, Hacı Nəriman İbayev Zabrat ictimaiyyətinin hörmətini və etibarını qazanacaqdır. 

“Siyasət və Gerçək Uğur” jurnalı və “Xezertv.info” informasiya agentliyinin redaksiya heyəti.  

 


          Hürü Hacızadə

          “Qızıl qələm” mükafatçısı


          Fərid Faiqoğlu

          AJB-nin üzvü