"EL HOLDİNG" - ƏSRİN ŞİRKƏTİ
12-dek, 12:49 192 Gündəm / Cəmiyyət"EL Holdinq" əsası 1988-ci ildə qoyulmuş və bu gün Azərbaycanda biznesin müxtəlif sahələrində təmsil olunan iri şirkətlər qrupundan biridir. Bu gün Holdinq yük daşımaları və sənaye istehsalı kimi sektorlarda uğurla fəaliyyət göstəri.
Ölkənin inkişaf dinamikası və iqtisadi gücü, eyni zamanda, təşkilati sabitlik və maliyyə stabilliyi, təcrübəli və peşəkar kadrlar EL Holdinqin uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdir.
Bu gün fəaliyyətimizin genişləndirilməsi sayəsində beynəlxalq tərəfdaşlarımızın sayı artır və biz xalqımıza daha geniş çeşiddə yüksək keyfiyyətli məhsullar təqdim edirik. Sənaye istehsalı sahəsində fəaliyyətimiz genişlənir. Yük daşımalarının artırılması məqsədilə Çinin üç şəhərində nümayəndəliklərimiz təsis edilmişdir.
Bu gün "EL Holdinq" Azərbaycandan kənarda da fəaliyyət göstərərək müxtəlif biznes layihələr həyata keçirir. Prioritet sahələrdə aparılan bu layihələr təcrübəli ekspertlərin rəyinə əsaslaınır və bununla da, onların keyfiyyət və gəlirliliyi təmin olunur.
Qarşılıqlı hörmət və düzgünlük əsasında uzunmüddətli tərəfdaşlığın təmin edilməsi, rifah halının yüksəldilməsi məqsədilə xalqımzın yüksək keyfiyyətli məhsul və xidmətlərlə təchiz edilməsi, müştəri və tərəfdaşlarımıza sadiqlik və bununla, Azərbaycanın etibarlı biznes tərəfdaşı imicinin gücləndirilməsinə töhfələr vermək Holdinqin əsas prinsipləridir.
ELÇIN MURADOV, EL HOLDINQIN PREZIDENTI
Əziz müştərilərimiz, tərəfdaşlarımız və həmkarlarımız!
Azərbaycanda biznesin müxtəlif sahələrində fəaliyyət göstərən iri şirkətlər qrupundan biri olaraq, ölkəmizin tərəqqisi, sahibkarlığın inkişafı və xalqımızın rifah halının yüksəldilməsinə dəyərli töhfələr vermək kimi missiya daşımağımızdan qürur duyuruq.
Hələ 1988-ci ildə, Azərbaycanda özəl sektorun inkişafının ilk illərində yaradılmış şirkətlərimiz bu gün sənaye istehsalı, tikinti, yük daşımaları, turizm və ticarət kimi sahələrdə uğurla çalışır. Fəaliyyətimizin mühüm istiqamətlərindən biri də tanınmış brendlərin Azərbaycanda təmsilçiliyinin təşkili və yüksək keyfiyyətli məhsulların Azərbaycana gətirilməsidir.
Ölkəmizin son illərdə sürətli inkişafı və iqtisadi gücü, etibarlı biznes tərəfdaşı imicinin güclənməsi fəaliyyətimizin daha da genişlənməsi üçün zəmin yaratmışdır.
Bütün bu illər ərzində uğurlu fəaliyyətimizi biznes prinsiplərinə sadiq qalaraq bütün sahələrdə mükəmməllik nümayiş etdirmək, tərəfdaşlarımız və müştərilərimizin rəğbəti, korporativ idarəetmə sisteminin tətbiqi və peşəkar komandamız sayəsində təmin etməyə nail olmuşuq. Tərəfdaşlarla uzunmüddətli əməkdaşlığımızın əsasını səmimiyyət, şəffaflıq, dəyərlərə hörmət və müştəri məmnunluğu prinsipləri təşkil edir.
Həyata keçirdiyimiz layihələrin və ümumi fəaliyyətimizin keyfiyyətinin daim yüksəldilməsi və professionallığın artırılması məqsədilə əməkdaşlarımız mütəmadi olaraq, ölkədə və xaricdə keçirilən təlim və konfranslarda iştirak edirlər. Mütəmadi olaraq, istehsal sahələrindəki texnologiyalar yenilənir və nano-texnologiyalar tətbiq edilir.
Bu gün biz fəaliyyətimizi Azərbaycanın hüdudlarından kənarda da davam etdirir, bir sıra ölkələrdə müxtəlif biznes layihələrdə fəal iştirak edir və strateji tərəfdaşlarımızın artırılmasına çalışırıq.
Azərbaycanda mövcud siyasi stabillik və davamlı iqtisadi inkişaf bizim də fəaliyyətimizin genişlənməsi üçün geniş imkanlar yaradır. "EL Holdinq" olaraq bundan sonra da müxtəlif layihələr və mövcud resursların Azərbaycana cəlb edilməsi vasitəsilə xalqımızı yüksək keyfiyyətli və zövqlü məhsullarla təchiz etmək missiyamızı davam etdirəcəyik.
MISSIYAMIZ
Biz Azərbaycanda və Azərbaycan üçün yaşayır, onun tərəqqisi və inkişafı uğrunda çalışırıq.Əsas missiyamız hər bir kəsi yeni, yüksək keyfiyyətli və lazımi məhsullarla təmin etməkdir.DEVIZIMIZ: "İNSAN HƏYATINI VƏ RIFAHINI QORUMAQ, ONU DAIM YAXŞILAŞDIRMAQ".
Missiyamızın həyata keçirilməsində biz aşağıdakı prinsipləri rəhbər tuturuq:- Müştərilər, partnyorlar və əməkdaşlar qarşısındakı öhdəliklərinə sadiq qalan etibarlı şirkət nüfuzunu təsdiq etmək;
- Mövcud texnologiyaları təkmilləşdirməklə qarşıya qoyulmuş məsələlərin yeni həlli yollarını inkişaf etdirmək;
- İşçilərimizin professionalığını artırmaqla, onlarla birlikdə inkişaf etmək;
- Müştərilərimizin tələbatına və əməkdaşlarımızın yaradıcı potensialına uyğun olaraq şirkətlər qrupunun fəaliyyət sahələrni genişləndirmək.
VİZİYONUMUZ
- Fəaliyyət göstərdiyimiz bütün sahələrdə tanınan və müştərilərimiz tərəfindən qəbul edilən liderlik mövqeyini gücləndirmək;
- Etibarlı tərəfdaş olmaq, biznesdə şəffaflığı və ədalətli rəqabəti qorumaq;
- Uğurlu fəaliyyətimizlə Azərbaycanın iqtisadi inkişafına töhfələr vermək, qlobal resurslardan səmərəli istifadə etməklə xalqımızı keyfiyyətli və zövqlü məhsullarla təmin etmək.
Dəyərlərimiz
Biz, fəaliyyət göstərdiyimiz bütün sahələrdə mükəmməllik nümayiş etdirən, düzgünlük, bütövlük və KSM prinsiplərinə sadiq şirkətlər qrupuyuq.Gözəl xidmət və müştəri məmnuniyyəti əsasında qurulan uzunmüddətli tərəfdaşlığa sadiqlik əsas dəyərlərimizdəndir.
Biz liderlik və əməkdaşlıq, cavabdehlik və sadiqlik, yüksək keyfiyyət və bazar tələblərinə uyğunluq, cəmiyyət və ənənlərə hörmət prinsiplərinə hörmət edir və rəhbər tuturuq.
İstehlakçı, müştəri və tərəfdaşlara hörmət bizim üstünlüyümüzün meyarı və əsas dəyəridir.
EL Holdinqə daxil olan şirkətlərdən biri olaraq “EL Cargo” yüklərin daşınması şirkəti yük daşınmaları bazarına 1998-ci ildə daxil olmuş, yüklərin daşınması səviyyəsi və keyfiyyətinə görə tezliklə tanınmış və beynəlxalq hava və yol nəqliyyatı daşınmasında ixtisaslaşmışdır.
Uzun illlər müvəffəqiyyətli fəaliyyətimiz sayəsində yük daşımaları sahəsində mühüm təcrübə qazana bilmişik. Biz müştərilərimizin tələb və ehtiyaclarına cavab verən səmərəli və etibarlı beynəlxalq nəqliyyat xidmətləri təmin etməkdən qürur duyuruq. Şirkət aşağıdakı xidmətləri təqdim edir:
- Ekspeditor xidmətləri
- Anbar loqistikası
Gömrük rəsmiləşdirilməsi
Şirkətimiz bütün növ gömrük rejimlərində hər növ məhsul kateqoriyaları üzrə gömrük rəsmiləşdirilməsini həyata keçirir.
Xdmətlərimizə həmçinin, yüklərin slğortası, konsaltinq və terminal əməliyyatları daxildir. Çin Xalq Respublikasının Pekin, Urumçi və Quanjoy şəhərlərində nümayəndəliklərimiz fəaliyyət göstərir, Cinə və Cindən müxtəlif yüklərin daşınmasını həyata keçirir.
Türkiyə, Gürcüstan, Rusiyadan bir çox şirkətlər bizim daimi müştərilərimizdir.
Bütün ofislərimizdə çalışan ixitisaslı mütəxəssislərdən ibarət heyət, keyfiyyətli və etibarlı xidmətlərin göstərilməsi məqsədilə müasir texnologiyalardan istifadə fəaliyyətimizin keyfiyyətinin təminatıdır.
Müştərilərimizə onların tələblərinə uyğun olaraq maksimum səviyyədə nəqliyyat və daşınma xidmətlərinin təmin edilməsinə zəmanət veririk.

ŞIRKƏTLƏR
- EL Metal Plus QSC
armatur istehsalı - EL Mag
neft və neft tullantılarının emalı mini-zavodu - EL Oil LLC