Xalq üçün çalışan unudulmaz rəhbər
12-dek, 11:36 161 Gündəm / SiyasətHeydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.
1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət
Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur.Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bu gün, tarixə "Milli Qurtuluş Günü" kimi daxil oldu. İyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
Heydər Əliyevin cəmiyyətin iqtisadi, siyasi, sosial, mədəni sahələrinin ən müxtəlif aspektlərini əhatə edən geniş diapazonlu və örnək olası fəaliyyəti, müasir dövrün ən aktual problemlərinə yaradıcı münasibəti onu milli liderdən, rəhbər və siyasi xadimdən bəşəri ideyaların carçısına, ümumbəşəri dəyərləri daim zənginləşdirən hikmət və söz sahibinə çevirmişdir.Mənim fikrimcə Heydər Əliyev irsindən bəhrələnmək, faydalanmaq, onun hər bir fikrini, məsləhət və tövsiyyəsini gündəlik iş prosesində əldə rəhbər tutmaq hər bir Azərbaycan vətəndaşının borcudur.
Çağdaş tariximizdə Azərbaycan dövlətinə ən çox rəhbərlik etmiş Heydər Əliyev özünə belə bir şöhrət çələngi hörmüşdür. Heydər Əliyev elə nadir şəxsiyyətlərdəndir ki, tarix belələrinin əməlləri, fəaliyyəti ilə yaranır. Azərbaycanın Heydər Əliyev dövrü tariximizin ən şərəfli, ən şanlı səhifəsi hesab edilməyə layiqdir.
Ulu öndər xarakter etibarilə qurucu, yaradıcı insandır. Heydər Əliyev bənzəri olmayan bir şəxsiyyətdir.Yaşadığı mənalı ömür, keçdiyi şərəfli həyat yolu xalqımıza örnəkdir. Müstəqillik illərində məhz ulu öndərimizin gərgin və titanik səyləri, müdrik siyasi kursu sayəsində Azərbaycan nəinki öz suverenliyini qoruyub saxlamış, onu əbədi prosesə çevirmiş, dünyanın qüdrətli dövlətləri səviyyəsinə yüksəltmişdir. Heydər Əliyevin elmimizə, tariximizə, dilimizə, milli ideologiyamıza, soy-kökümüzə həsr edilmiş dərin məzmunlu əsərləri, ideya və fikirləri elm və mədəniyyətin bütün sahələrində aparılan elmi araşdırmaların metodoloji əsasıdır. Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının və ümumən, sivil dünyasının qüdrətli şəxsiyyətidir. Bir sözlə, Heydər Əliyev qalibiyyət əzmilə yaşayan və dövləti cəsarətlə idarə edən möhtəşəm bir şəxsiyyət idi.
Bu gün Azərbaycan dünyanın cənnət misalıdır. Heydər Əliyev də bu cənnət diyarın rəşadət, fədakarlıq,mərdlik, məğrurluq timsalıdır. O, Günəş kimi təmənnasız bir şəxsiyyət idi. Onun həyatının mənası Azərbaycan üçün daim yanmaq idi. Respublikamızın mütərəqqi fikirli, təmiz vicdanlı vətəndaşları çox gözəl bilir ki, Azərbaycan elminin, maarifinin, mədəniyyətinin inkişafı, tərəqqisi Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyev qəlbləri ehtizaza gətirən, heç bir dəlilə, sübuta ehtiyacı olmayan, inandırıcı, məntiqi çıxışları ilə nəhəng siyasətçiləri heyran edən əvəzolunmaz diplomat idi. Bunun nəticəsi olaraq bu gün müstəqil Azərbaycanın səsi ən mötəbər kürsülərdən gəlir.
Danılmaz bir həqiqətdir ki, Heydər Əliyevin həyat prinsipi həmişə ədalət, sülh, əmin-amanlıq və xalqın rifahı, dövlətin qüdrətinin və təhlükəsizliyinin möhkəmləndirilməsi olmuşdur. Bu gün fəxrlə deyə bilərik ki, belə xoşbəxt xalqlardan biri də Azərbaycan xalqıdır. Azərbaycanın tarixi dahi şəxsiyyətlərin tarixidir. Azərbaycanın müasir tarixi isə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev ötən əsrin görkəmli siyasətçisi və dövlət xadimi kimi bütün dünyada tanınmış və artıq öz sağlığında tarixə düşmüş böyük şəxsiyyətdir. Azərbaycan tarixi inkişafının son illərində yaşadığı hadisələr Heydər Əliyev varlığının, onun zəkasının, nüfuzunun və dərin təcrübəsinin dövrümüz üçün nə qədər əhəmiyyətli olduğunu əyani şəkildə göstərmişdir.
Müstəqil Azərbaycan yaşadıqca, Ulu Öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır.
İlham Əzimov
Bərdədə 28 saylı Yol İstismar İdarəsinin müdiri