AZƏRBAYCANIN HAQQ SƏSI


Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək istəyən  ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası - Azərbaycanın haqq səsi!

Xankəndi yolunda çatılan ocaq -
Qarabağ xanlığı yurdundan soraq.
Yadlar çıxarmasın yaddından heç vaxt...
Volkov nədən açıb haylara qucaq?..

Adı "sülhməramlı", özü bədəməl
Necə edə bilər haqq işini həll?..
Haylara havadar qoy sırğa etsin -
Zəfər yolumuzda Şuşa bir  məşəl!..

Yağmalanmış yurdum talan edilib,
Haqq səsim illərlə yalan edilib...
Daha o havaya oynama, yağı,
Arxayın olma ki, həyanın gəlib!..
             ✍️ Tapdıq ƏLİBƏYLİ