QƏFİL GƏLƏN AYRILIQ...

Bu gün 28 dekabr mərhum Millət Vəkili, ictmai xadim, hüquqşunas Rafael Cəbrayılovun doğum günüdür.

28 dekabr 1958-ci ildə Neftçala rayonunun Qırmızıkənd kədnidndə sadə çoxuşaqlı ailədə dünyaya göz açdı. Oxudu, min bir əziyyətli tələbəlik illəri keçirdi, Ali təhsil diplomuna yiyələndi, hər nə etdisə öz intellektinin, öz gücünün, məqsədinin hesabına etdi. Dəstəksiz, filansız, ictimai mövqeyi özü qazandı, hörməti savadının gücünə yenə özü qazandı. Gözəl ata, həyat yoldaşı, istəkli baba, ləyaqətli və sipər olmağı bacaran və sübuta yetirən oğul və qardaş... O, həyatdan hər şeyi damcı-damcı, əziyyətlə, zəhmətlə qopardı. Və ətrafına isə məhəbbəti, sevgini, dəstəyi səxavətlə payladı. Qəfil gələn ayrılıq...

Onu həyatdan və sevənlərindən çox tez ayırdı, hələ vaxtı deyildi. Cənnətdəki yeni yaşınız mübarək, hörmətli və əziz Millət Vəkilimiz Rafael müəllim. Qədirbilən cəmiyyət nümayəndələrinin gözündə SİZ elə hörmətli Rafael Cəbrayılovsunuz. 

Doğmaların gözü yolda, qulağı səsdə, Sizin yoxlunuğuza hələ də inana bilmirlər. Çünki, bu sevgini Siz yaratmısınız, onların qəlbində xüsusi yeri olan həyat yoldaşı, ata, baba...

Rafael Cəbrayılovun haqqında publisistik düşüncələr... xatirə yazısı 30 dekabrda saytımızda.


Dərin hörmət və ehtiramla,

Hürü Hacızadə

Yazıçı-publisist