20 yanvar faciəsinə dünya miqyasında siyasi hüquqi qiymətin verilməsi Ulu Öndərimiz Heydər Əliyevin sayəsində olmuşdur-Könül Nəbizadə

Qanlı 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi məsələsi ilk dəfə məhz əbədiyaşar liderimiz,Ulu öndərimiz Heydər Əliyevin sayəsində həllini tapmışdır.1990-cı il yanvar ayının 21-də Ulu öndərimiz Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, bu qırğınla bağlı kəskin bəyanatla çıxış etdi. Dahi şəxsiyyət bu hadisənin hüquqa, demokratiyaya və humanizmə zidd olduğunu bəyan edərək, onun törədilməsini kobud siyasi səhv kimi qiymətləndirdi. Xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı, 20 Yanvar faciəsi Ulu öndər cəsarətini, mərdliyini və xalqına sədaqətli oğlu olduğunu bir daha nümayiş etdirdi.

1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul olundu. Bu qərar Ulu öndərimiz Heydər Əliyevin qətiyyətinin təzahürü kimi tarixə düşdü.

20 Yanvar şəhidlərinin qisası alındı və qətlə yetirilənlərin ruhları dinclik tapdı.

Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyev Ata vəsiyyətini yerinə yetirərək Torpaqlarımızı geri qaytardı, baba-nənələrimizin, qardaş-bacılarımızın, körpələrimizin ruhunu şad etdi və bir daha sübut etdi ki, bizim torpaqlarımı heç kəs zəbt edə bilməz. “Qarabağ Azərbaycandır və nida işarəsi”.


Nəbizadə Könül Faxrəddin qızı

“Qızıl qələm” mükafatı laureatı

“Azərbaycan Bayrağı” mükafatı laureatı

“Həsən bəy Zərdabi” mükafatı laureatı

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Azərbaycan kütləvi İnformasiya vasitələri işçiləri həmkarlar ittifaqının üzvü

Vətənpərvərlik işində xidmətlərə görə medalla təltif edilmiş

Vətən naminə medalə ilə təltif edilmiş

102info.az saytının redaktoru

Polisə-dəstək.az saytının redaktoru

Ypx.info.az saytının redaktoru

Qərbi-Azərbaycan.az saytının redaktoru

“Xezertv.info” informasiya agentliyinin fəxri üzvü

“Ulusestv.az” internet tv-nin fəxri üzvü