Vüsal Nəsirli AAYDA İdarə Heyətinin sədri təyin edildi


Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Vüsal Nəsirli bu Sərəncama qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini idi.
“Qafqazinfo”